Azərbaycan və Qırğızıstan arasındakı statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib
Dövlət Statistika Komitəsi ilə Qırğızıstan Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.
Fərmana görə Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.








