Gənclər şəhərciyinin sakinləri artıq GPON əsaslı yüksək sürətli internet xidmətinə qoşula bilərlər
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” tərəfindən Naxçıvan şəhərində yüksək sürətli internet infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, növbəti mərhələdə Əziz Əliyev prospektində yerləşən “Gənclər şəhərciyi”ndə GPON texnologiyası əsasında yüksək sürətli internet şəbəkəsi qurulub. Bununla da ərazidə yaşayan sakinlər yüksək sürətli internet xidmətindən yararlanmaq imkanı əldə ediblər.
Hazırda kampaniya çərçivəsində internet xidmətləri aşağıdakı aylıq tariflərlə təqdim olunur:
- 20 Mbit/s – 15 manat
- 40 Mbit/s – 18 manat
- 50 Mbit/s – 25 manat
- 70 Mbit/s – 32 manat
- 80 Mbit/s – 39 manat
- 200 Mbit/s – 69 manat
- 300 Mbit/s – 99 manat
- 500 Mbit/s – 149 manat
Xidmətə qoşulma və modem ödənişi kampaniya çərçivəsində ödənişsizdir. Kampaniya 5 yanvar 2027-ci il tarixədək qüvvədə olacaq.
Yüksək sürətli internet xidmətinə qoşulmaq istəyən sakinlər nptm.gov.az saytına daxil olaraq onlayn müraciət edə bilərlər.
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”nin həyata keçirdiyi bu layihələrin əsas məqsədlərindən biri yüksək sürətli və keyfiyyətli internet xidmətlərinin əhatə dairəsini genişləndirərək, mərhələli şəkildə bütün Naxçıvanı əhatə etməkdir.








