Babək rayonunda “mygov”la bağlı məlumatlandırıcı broşürlər yerləşdirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, ölkədə rəqəmsal dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaşların bu xidmətlərdən istifadəsinin təşviqi istiqamətində tədbirlər həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fəaliyyət Planından irəli gələn vəzifələrin icrası və əhalinin rəqəmsal dövlət xidmətləri barədə məlumatlandırılması məqsədilə Babək rayonunda da müvafiq işlər həyata keçirilir.
Bu məqsədlə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin inzibati binalarının giriş hissələrində “mygov” platforması ilə bağlı məlumatlandırıcı broşürlər yerləşdirilib.
Broşürlərdəki QR kodu mobil telefonla oxutmaqla vətəndaşlar “mygov”dan istifadə və qeydiyyat qaydaları ilə bağlı təlimatlandırıcı video və məlumatlarla tanış ola bilərlər.
“mygov” vətəndaşların dövlət xidmətlərindən rəqəmsal formada yararlanmasına, özlərinə aid sənəd və məlumatlara daha rahat çıxış əldə etməsinə imkan yaradır.
Görülən işlərin əsas məqsədi rəqəmsal dövlət xidmətlərinin əhali üçün əlçatanlığının artırılması, vətəndaşların “mygov” platformasının imkanları barədə məlumatlandırılması və rəqəmsal xidmətlərdən istifadənin təşviq edilməsidir.








