AZCON-un Naxçıvandakı nəqliyyat layihələrində rolu artırılır

AZCON-un Naxçıvandakı nəqliyyat layihələrində rolu artırılır

02 Sentyabr 2026

Naxçıvanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlərdə AZCON-un rolu artırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Tədbirlər Planında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 8.7.5-ci yarımbənd üzrə AZCON “Əsas icraçı orqan (qurum) fəaliyyət istiqamətlərinə uyğun olaraq” sütununa əlavə olunub.

Eyni zamanda AZCON həmin tədbirin “Digər icraçılar” siyahısından çıxarılıb.

Daha diqqətçəkən dəyişiklik isə tədbirin yekun nəticəsinin konkretləşdirilməsidir. Yeni redaksiyada hədəf “Naxçıvan Muxtar Respublikasında əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması” kimi müəyyənləşdirilib.

Beləliklə, sənəddə AZCON-un nəqliyyat istiqamətində əsas icraçılar sırasında göstərilməsi Naxçıvanda nəqliyyat layihələri üzrə bu qurumun rolunun artacağını göstərir.