"Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları" dəyişib

"Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları" dəyişib

31 Avqust 2026

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları"nda dəyişikliklər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bazar iştirakçısının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi üçün kateqoriyaların sayını 4-dən 3-ə, indikatorların sayı isə 8-dən 6-ya endirilib.

Bununla belə, sistem əhəmiyyətliliyi müəyyənləşdirmək üçün cəmi aktivlər indikatoru 20 %-dən 30 %-ə çatdırılıb.