Azərbaycan kapoeyraçıları Türkiyədəki beynəlxalq turnirdə uğur qazanıblar

Azərbaycan kapoeyraçıları Türkiyədəki beynəlxalq turnirdə uğur qazanıblar

02 Sentyabr 2026

Azərbaycanın kapoeyraçıları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Türkiyənin Samsun şəhərində Ümumdünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə kapoeyra üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan Kapoeyra Federasiyasının idmançıları da iştirak edərək uğurlu nəticələr göstəriblər.

Uşaq kateqoriyasında Şamxal Hüseynov 1-ci yerə, Sübhan Rəhimzadə və Davud Əli isə 2-ci yerə layiq görülüblər.

Böyüklər arasında Raul Hüseynov, Fərid Səlimov, Bəhlul Nadirov 1-ci yerin sahibi olublar.

Şamxal Hüseynov yarışın ən yaxşı uşaq idmançısı seçilib.