Naxçıvanda sosial xidmətlərin əhatə dairəsi genişləndiriləcək
Naxçıvanda sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatəsinin genişləndirilməsi Dövlət Proqramının yeni hədəflərindən biri kimi müəyyənləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevin 2 sentyabr tarixli Sərəncamı ilə Dövlət Proqramının Tədbirlər Planına dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 8.8.3-cü yarımbənd üzrə yekun nəticə “Sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatə olunmasının genişləndirilməsi” kimi müəyyənləşdirilib.
Digər dəyişikliklə isə əhalinin fiziki fəallığının artırılması üçün şəraitin yaxşılaşdırılması ayrıca yekun nəticə kimi təsbit olunub.
Bununla yanaşı, təhsil sahəsində də yanaşma genişləndirilib. Əvvəlki “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri” ifadəsi “təhsil müəssisələri” ifadəsi ilə əvəz edilib.
Bu dəyişiklik Dövlət Proqramında sosial və təhsil tədbirlərinin daha geniş əhali qruplarını əhatə etməsinə yönəlmiş yanaşmanın formalaşdırıldığını göstərir.








