Naxçıvanda zəncirvari qəza nəticəsində 4 avtomobil toqquşub

Naxçıvanda zəncirvari qəza nəticəsində 4 avtomobil toqquşub

06 Sentyabr 2026

Naxçıvan-Şahbuz magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.