Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib

Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib

10 Sentyabr 2026

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və 21 vaqondan ibarət, çəkisi 1469 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.