“AzərEnerji” və “China Energy” rəhbərliyinin görüşü olub

“AzərEnerji” və “China Energy” rəhbərliyinin görüşü olub

09 Sentyabr 2026

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Çinin aparıcı enerji şirkətlərindən olan “China Energy” International Group-un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülə biləcək işlər nəzərdən keçirilib.

Müzakirələr zamanı hazırda icra olunan “yaşıl enerji” layihələri ətrafında fikir mübadiləsi aparılıb.