Naxçıvan şəhərində Xətai küçəsində asfaltlanma işləri davam edir

Naxçıvan şəhərində Xətai küçəsində asfaltlanma işləri davam edir

09 Sentyabr 2026

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında şəhərin bəzi küçə və məhəllələrində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-bərpa işləri icra olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhəri Xətai küçəsində uzunluğu 7.7 km olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Yolun 4.5 km-ə yaxın hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.