Təhsil işçisinə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub - FOTO
Sentyabrın 8-də keçirilən Naxçıvanda təhsil işçilərinin Sentyabr konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Şərur Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Etibar Quliyevə mükafat təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, medal Etibar Quliyevə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov tərəfindən təqdim olunub.









