Naxçıvan şagirdləri PISA-da oxu savadlılığı üzrə yüksək nəticə göstərib

Naxçıvan şagirdləri PISA-da oxu savadlılığı üzrə yüksək nəticə göstərib

08 Sentyabr 2026

Naxçıvanda PISA 2025 tədqiqatına cəlb olunan şagirdlərin 76 faizi oxu savadlılığı üzrə ikinci səviyyədən aşağı nəticə göstərib. Bununla belə, Naxçıvan 385 ballıq orta nəticə ilə ölkənin iqtisadi rayonları arasında ən yüksək göstəricilərdən birinə sahib olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazirin açıqladığı məlumatlara görə, oxu savadlılığı üzrə Naxçıvanda orta nəticə 385 bal təşkil edib. Bu göstərici yalnız Bakı (405 bal) və Abşeron-Xızıdan (393 bal) aşağıdır. Naxçıvan bu nəticə ilə Gəncə-Daşkəsən (376 bal) və Şəki-Zaqatala (374 bal) iqtisadi rayonlarını geridə qoyub.

Eyni zamanda, Naxçıvanda şagirdlərin 76 faizi oxu savadlılığı üzrə ikinci səviyyədən aşağı nəticə göstərib. Bu göstərici Şəki-Zaqatala və Şərqi Zəngəzurda 75, Dağlıq Şirvanda 73, Mərkəzi Aranda isə 71 faiz olub.

Riyazi savadlılıq üzrə Naxçıvanda ikinci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 65 faiz təşkil edib. Ən yüksək risk göstəricisi Qazax-Tovuzda 75 faiz, Lənkəran-Astarada 70 faiz, Qarabağda isə 67 faiz olub.

Təbiət elmləri üzrə isə ikinci səviyyədən aşağı nəticə göstərənlərin payı Qazax-Tovuzda 76, Lənkəran-Astarada 70, Mil-Muğanda 69, Qarabağda 66 faiz təşkil edib.

Ümumilikdə, PISA 2025 nəticələri iqtisadi rayonlar üzrə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində göstəriciləri arasında müəyyən fərqlərin olduğunu ortaya qoyub.