Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.








