Ceyhun Cəlilov Naxçıvanda vətəndaşları qəbul edəcək

Ceyhun Cəlilov Naxçıvanda vətəndaşları qəbul edəcək

09 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov sentyabrın 18-də Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 9-dan 14-dək Səlahiyyətli Nümayəndəliyə rəsmi qaydada müraciət etməklə və ya (+99436 544 01 43) nömrəsinə zəng edərək qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.