ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Meet & Greet” adlı şəbəkələşmə tədbiri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 40-a yaxın azərbaycanlı gəncin iştirak etdiyi görüşün rəsmi çıxışları zamanı Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov və ASAP-ın idarə heyətinin üzvü MirGünay Bayramova ölkəmizi beynəlxalq arenada təmsil edən Azərbaycan gəncliyinin inkişafı, dövlət gənclər siyasəti çərçivəsində görülən işlər, eləcə də ABŞ-də təhsil alan azərbaycanlı gənclərin layiqli təmsilçiliyi barədə danışıblar.
O cümlədən, ASAP Nyu-York nümayəndəsi Elman Gözəlov təşkilatın fəaliyyəti, dəstək mexanizmləri, eləcə də gələcək aylarda həyata keçirilməsi planlaşdırılan layihələri barədə məlumat verib.
Daha sonra tədbir iştirakçılar arasında şəbəkələşmə sessiyası ilə davam edib.












