65 yaşına çatmış işçinin çalışma müddəti uzadıla bilərmi? -

65 yaşına çatmış işçinin çalışma müddəti uzadıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

09 Sentyabr 2026

Sual: 65 yaşına çatmış işçinin çalışma müddəti uzadıla bilərmi?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə görə övlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı 2 ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir və işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.