Qiyabi qətnamənin yolverilməzliyi hansı hallarda yolverilməzdir? -

Qiyabi qətnamənin yolverilməzliyi hansı hallarda yolverilməzdir? - HÜQUQ MƏSLƏHƏTİ

08 Sentyabr 2026

Sual: Qiyabi qətnamənin yolverilməzliyi hansı hallarda yolverilməzdir?

Cavab: İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:

1. gəlməmiş tərəf qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;

2. tərəf üzrlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.