Naxçıvanda 697,89 hektar sahədə qarğıdalı əkilib

Naxçıvanda 697,89 hektar sahədə qarğıdalı əkilib

07 Sentyabr 2026

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 697,89 hektar sahədə qarğıdalı əkini aparılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yasin İsmayılov məlumat verib.

Bildirilib ki, cari ildə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində qarğıdalı əkinindən bol məhsul gözlənilir. Toplanmış statistik məlumatlara əsasən, əkin sahələrinin bölgüsü belədir:

- Şərur rayonu – 518,2 hektar

- Kəngərli rayonu – 103,5 hektar

- Babək rayonu – 67,3 hektar

- Sədərək rayonu – 5,89 hektar

- Naxçıvan şəhəri – 3 hektar

Göstəricilərə əsasən, qarğıdalı əkin sahələrinin həcminə görə ən yüksək nəticə 518,2 hektarla Şərur rayonunda qeydə alınıb.

Hazırda əkin sahələrində bol və keyfiyyətli məhsul əldə olunması məqsədilə müvafiq aqrotexniki qulluq tədbirləri ardıcıl şəkildə davam etdirilir.