Naxçıvanda yumurta istehsalçılarına subsidiya veriləcək
Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə quşçuluq təsərrüfatlarına məhsul subsidiyası veriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya görə 30 manat subsidiya ödəniləcək.
Dəstək mexanizminin əsas məqsədi Naxçıvanda yerli yumurta istehsalının artırılması və quşçuluq təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır.








