Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur
Ümumi uzunluğu 17.5 kilometr olan Naxçıvan şəhəri S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov, 58-61-ci məhəllə istiqamətində əsaslı təmir işlərinə başlanılıb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 17.5 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.








