DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 303 187 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Fonddan məlumat verilib.
Bildirilib ki, müraciətlərdən 116 880-i pensiya, 78 485-i müavinət, 12 719-u Prezident təqaüdü, 48 422-si ünvanlı dövlət sosial yardımı, 10 520-si fərdi uçot və sosial sığorta, 849-u dövlət icbari şəxsi sığorta, 35 312-si isə digər istiqamətlərlə bağlı olub.








