Ceyhun Bayramov: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb
Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, beynəlxalq tərəfdaşlarla danışıqlar gedir: "Azərbaycan tərəfi bu danışıqların nəticəsini gözləmədən öz işlərini davam etdirir. Biz çox sürətlə irəliləyirik. Bu, bir daha bizim belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir”.








