Naxçıvanda vergi daxilolmaları 7,2 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 172,3 milyon manata yaxın vergi daxil olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,6 milyon manat çoxdur.
Vergi daxilolmalarının 125,7 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu sektordan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz və ya 15,3 milyon manat artıb.
Ümumilikdə ödənilən vergilərin 73 faizi qeyri-dövlət, 27 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan əlavə, cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar da artıb. Bu istiqamətdə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,2 milyon manat təşkil edib.








