Naxçıvanda güzəştli mənzillərin tikintisini bu şirkət 23 mln. manata icra edəcək
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.
Belə ki, yeni yaşayış kompleksinin tikinti işlərinin icrası “Hünər İnşaat” firmasına həvalə olunub.
Məlumata görə, sözügedən tikinti işləri 23 milyon manata başa gələcək.
Qeyd edək ki, MİDA-nın Naxçıvanda yeni yaşayış kompleksi şəhərin Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə inşa olunacaq. Kompleksdə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, MİDA 2024-cü ildə Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarı və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalar aparıb. Yaşayış kompleksinin tikinti layihəsini “PBA” 511 500 manata hazırlayıb.








