Naxçıvanlı bu tələbə ABŞ-nin nüfuzlu Pensilvaniya Universitetində tədqiqat aparacaq

Naxçıvanlı bu tələbə ABŞ-nin nüfuzlu Pensilvaniya Universitetində tədqiqat aparacaq

08 Sentyabr 2026

Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisası üzrə IV kurs tələbəsi Fidan Hüseynova beynəlxalq elmi uğura imza atıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fidan Lumiere Tədqiqat və İnklüzivlik Fondu tərəfindən həyata keçirilən Fərdi Tədqiqat Proqramına tədqiqat təqaüdçüsü kimi qəbul olunub və 3390 ABŞ dolları məbləğində 100% maliyyə dəstəyi qazanıb. 

Proqram çərçivəsində Fidan fərdi elmi tədqiqat layihəsi üzərində çalışacaq. Onun tədqiqat layihəsi ABŞ-nin Pensilvaniya Universitetində (University of Pennsylvania) Dr. Elizabeth Hellerin laboratoriyasının elmi istiqamətləri çərçivəsində həyata keçiriləcək. Tədqiqat prosesində tələbəmizə laboratoriyanın tədqiqatçısı Kiara Liz Rodriguez mentorluq edəcək.

Fidanın tədqiqat fəaliyyətinin əsas istiqamətləri genetika, epigenetika, gen tənzimlənməsi və nevroelmdir.