Naxçıvanda olimpiada qalibləri ilə görüş keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində nazirliyin təsis etdiyi fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak edib.
Təhsil naziri olimpiada qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və təhsil həyatlarında uğurlar arzulayıb.
Görüş zamanı şagirdlərlə fikir mübadiləsi aparılıb, onların sualları dinlənilib və müxtəlif mövzular ətrafında müzakirələr keçirilib.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə adına Humanitar Fənlər Olimpiadasında 4, Yusif Məmmədəliyev adına Kimya, Biologiya və Coğrafiya Olimpiadasında 6, Nəsirəddin Tusi adına Fizika, Riyaziyyat və İnformatika Olimpiadasında isə 13 şagird I yerə layiq görülüb.











