Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb -

Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB

10 Sentyabr 2026

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

09:17

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.