Xarici vətəndaşlar barədə cinayət-prosessual fəaliyyət...

Xarici vətəndaşlar barədə cinayət-prosessual fəaliyyət... HÜQUQ MƏSLƏHƏTİ

14 Sentyabr 2026

Sual: Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət hansı formada həyata keçirilir?

Cavab: Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri Cinayət-Prosessual Məcəlləsinin “Beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan şəxslər barəsində icraatın xüsusiyyətləri” fəslinin 436–441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov  tərəfindən cavablandırıldı.