Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər kimlərdir? -

Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər kimlərdir? - HÜQUQ MƏSLƏHƏTİ

11 Sentyabr 2026

Sual: Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər kimlərdir?

Cavab: 

1. Gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

2. Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (Əmək Məcəlləsinin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.