Magistratura təhsilinin müddəti 1 ilə endiriləcək?

Magistratura təhsilinin müddəti 1 ilə endiriləcək?

11 Sentyabr 2026

Milli Məclisdə magistratura təhsilinin müddətinin 1 ilə endirilməsi təklif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. O xatırladıb ki, hər il Azərbaycanda magistraturaya qəbulda boş qalan yer sayı 4 min və daha çox olur:

"Çünki gənclər 2 il oxumaq istəmirlər. Bu müddət uzundur və təklif edirəm ki, magistratura təhsili 1 ilə endirilsin".