Naxçıvanda olimpiada hazırlığı üzrə seçim imtahanı keçirilib -

Naxçıvanda olimpiada hazırlığı üzrə seçim imtahanı keçirilib - FOTO

11 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ROOF Academy tərəfindən istedadlı şagirdlər üçün həyata keçiriləcək olimpiada hazırlığı proqramına seçim imtahanı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, informatika, Biologiya, Kimya və Riyaziyyat fənləri üzrə keçirilən seçimdə ötən tədris ilində yerli və ümumrespublika səviyyəli yarışlarda uğur qazanan 100-ə yaxın 6–11-ci sinif şagirdi iştirak edib.

Növbəti həftə seçim nəticələrinin açıqlanması, yeni tədris ilindən isə olimpiada hazırlıqlarına başlanılması nəzərdə tutulur.

Layihə 2 il müddətində həyata keçiriləcək və şagirdlərin Respublika Fənn Olimpiadalarında, eləcə də yerli və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etməsinə dəstək verəcək.

Şagirdlərimizə uğurlar arzulayırıq!