Yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq

Yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq

10 Sentyabr 2026

Azərbaycanda yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, kompleksin yaradılması Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə tapşırılıb.

Xatırladaq ki, vivarium canlı orqanizmlərin nəzarət olunan şəraitdə saxlanıldığı və müşahidə edildiyi xüsusi mühitdir.