Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub

Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub

10 Sentyabr 2026

Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Məlumata əsasən, utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması da nəzərdə tutulub.

Həmçinin fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili və ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi də həyata keçiriləcək.