Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq

Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq

10 Sentyabr 2026

Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın yaradılması nəzərə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Proqrama əsasən, heyvan xəstəliklərindən azad təsərrüfatların (kompartmentlərin) yaradılmasının təşviqi, heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.