Azərbaycanda bitki və heyvan sağlamlığı haqqında yeni qanun layihələri hazırlanacaq

Azərbaycanda bitki və heyvan sağlamlığı haqqında yeni qanun layihələri hazırlanacaq

10 Sentyabr 2026

Azərbaycanda "Bitki sağlamlığı haqqında" və "Heyvan sağlamlığı haqqında" yeni qanun layihələri hazırlanacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Proqrama əsasən, layihələrin hazırlanması Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinə həvalə edilib.