İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət sistemi istifadəyə verilib

İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət sistemi istifadəyə verilib

10 Sentyabr 2026

İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin təşkili və uşaqların bu sahədə təhsilə əlçatanlığının təmin edilməsi məqsədilə yeni elektron müraciət imkanı yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xankəndi şəhəri, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron qaydada müraciət edə bilərlər.

Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər müraciətlərini MyCulture vahid şəxsi kabineti vasitəsilə təqdim edə bilərlər.

Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək.

Qeyd edilib ki, bununla bağlı MyCulture platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi aktivləşdirilib.