Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

11 Sentyabr 2026

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Report"un Xankəndiyə ezam olunmuş müxbirinə diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.