Əmək müqavilələrinin hüquqi qüvvəsi nədən ibarətdir? -

Əmək müqavilələrinin hüquqi qüvvəsi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ

11 Sentyabr 2026

Sual: Əmək müqavilələrinin hüquqi qüvvəsi nədən ibarətdir?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək ( 01 iyul 1999-cu ilədək) mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin əmrləri (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada tərtib edilməzsə, bu əmək münasibətlərinə xitam verilənədək onlarla bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini saxlayır.  

Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olmuş əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin əmrləri (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələrinə yazılı formada bağlanmadığı səbəbinə görə xitam verilə bilməz.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov tərəfindən cavablandırıldı.