Şərurda yardımçı tikilidə yanğın olub, 9 iribuynuzlu heyvan tələf olub

Şərurda yardımçı tikilidə yanğın olub, 9 iribuynuzlu heyvan tələf olub

11 Sentyabr 2026

Şərurda yardımçı tikilidə yanğın olub, 9 iribuynuzlu heyvan tələf olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şərur rayonunun İbadulla kəndində yardımçı tikilinin üzərinə yığılmış ot bağlamalarında yanğın baş verib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində 1300 ot bağlaması, sahəsi 100 və 40 kvadratmetr olan iki yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, 9 baş iribuynuzlu heyvan tələf olub.

Yanğın zamanı 300 ot bağlaması, ümumi sahəsi 16 kvadratmetr olan iki yardımçı tikili və sahəsi 325 kvadratmetr olan fərdi yaşayış evi yanğından mühafizə olunub.