Dövlət orqanı nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Dövlət orqanı nədir?
Cavab: Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 1.1.4-cü maddəsi ilə dövlət orqanına anlayış verilmişdir. Belə ki, dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və qanunda nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.








