Cəza çəkməkdən azad edilmiş şəxslərə hansı yardımlar göstərilir? -

Cəza çəkməkdən azad edilmiş şəxslərə hansı yardımlar göstərilir? - HÜQUQ MƏSLƏHƏTİ

17 Sentyabr 2026

Sual:  Cəza çəkməkdən azad edilmiş şəxslərə hansı yardımlar göstərilir?

Cavab: Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün qida məhsulları və gediş haqqı ilə təmin olunurlar.

Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad edilən və səhhətləri ilə əlaqədar digər şəxslərin qulluğuna ehtiyacı olan şəxslər, hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar azad edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onların qohumlarını və ya digər şəxsləri xəbərdar edir, zərurət olduqda həmin şəxsləri yaşayış yerinə qohumlarının, himayəçilərinin və ya digər şəxslərin, yaxud cəzaçəkmə müəssisəsinin işçilərinin müşayiəti ilə göndərir.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı.