Müharibə qanunlarını pozmağa görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub? -

Müharibə qanunlarını pozmağa görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

17 Sentyabr 2026

Sual: Müharibə qanunlarını və adətlərini pozmağa görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulubmu?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 115-ci maddəsinə əsasən Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə cinayət məsuliyəti yaradır və bu əməlləri törədən şəxslər—iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun  Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.