Azərbaycanda gələn il icmal büdcə 50 milyard manatdan çox olacaq

Azərbaycanda gələn il icmal büdcə 50 milyard manatdan çox olacaq

16 Sentyabr 2026

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 608,8 milyon manat, xərclərinin isə 50 milyard 386,7 milyon manat olacağı gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,2 % çoxdur.

Son nəticədə icmal büdcədə 2 milyard 777,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 3,2 % azdır.