FHN: Ötən həftə 442 yanğına çıxış olub
Ötən həftə 442 yanğına çıxış olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 11 nəfərin meyiti təhvil verilib.








