Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək
Milli Məclisin İnsan hüquqları komitəsi payız sessiyasında “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasının ilk iclasında məlumat verilib.
Qeyd olunub ki, sessiya dövründə, həmçinin “İctimai yerlərdə audio və videoqeydiyyat hüququ mövzusunda” mövzusunda dəyirmi masanın və “Dövlət qulluğu ilə bağlı qanunvericiliyin yerinə yetirilməsi və insan hüquqları” mövzusunda konfransın, “Regionlarda insan hüquqları - ərazi bərabərliyi və xidmətlərə çıxış” adlı seminarın keçirilməsi də nəzərdə tutulur.








