Naxçıvan Qaziləri İctimai Birliyinin yeni sədri seçilib
Naxçıvan Qaziləri İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 20 sentyabr 2026-cı il tarixində keçirilən yığıncaqda 88 nəfər iştirak edib. Onlardan 54 nəfər səsvermə hüququna malik olub, 36 nəfər səsvermədə iştirak edib.
Səsvermənin nəticələrinə əsasən, Əli Əlisoy İqbal oğlu 32 səslə Naxçıvan Qaziləri İctimai Birliyinin sədri seçilib. Digər namizəd Arif Niftəliyev 4 səs toplayıb.
Səsvermə hüququ olan 18 nəfər isə səsvermədə iştirak etməyib.
Beləliklə, Əli Əlisoy İqbal oğlu Naxçıvan Qaziləri İctimai Birliyinin yeni sədri olub.








