Məişət zəminində psixi zorakılığa yol verilməsi hansı inzibati məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məişət zəminində psixi zorakılığa yol verilməsi hansı inzibati məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Sual Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova tərəfindən cavablandırıldı.








