Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

18 Sentyabr 2026

Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.

Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, bu  çərçivədə 2026-cı ilin yanvar-avqust aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 139 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 132-i isə xammal və materialların idxalı üçün verilib. 

Nəticədə cari ilin 8 ayında Rusiya, Çin, Türkiyə, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər.