Əli Nağıyev: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir

Əli Nağıyev: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir

17 Sentyabr 2026

Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında çıxışı zamanı deyib.

DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkərək deyib:

"Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdiddir".